"Mançester Yunayted" futbolçusu Kriştiano Ronaldonu heyətdən kənarlaşdırıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı hücumçu Premyer Liqanın 13-cü turunda "Çelsi" ilə keçiriləcək oyun üçün heyətə daxil edilməyib.
Buna portuqaliyalı hücumçunun intizamsız davranışları səbəb olub. Ronaldo Premyer Liqanın 12-ci turunun "Tottenhem"lə keçirilən görüşün 89-cu dəqiqəsində stadionu tərk edib. Onun həmin oyunun gedişindən meydana daxil olmaqdan imtina etməsi ilə bağlı xəbərlər də yayılıb.