İngiltərənin "Aston Villa" futbol komandasının baş məşqçisi Stiven Cerrard istefaya göndərilib. Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstefaya komandanın uğursuz çıxışı səbəb olub. “Aston Villa” son olaraq ötən gün səfərdə “Fulhem”ə 0:3 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Cerrard 2021-ci il noyabrın 11-də “Aston Villa”ya rəhbərlik etməyə başlayıb. Komanda Premyer Liqanı ötən mövsüm 14-cü yerdə başa vurub. Birminhem klubu cari mövsümdə 11 oyundan sonra 9 xalla 17-ci yerdədir. Komanda iki qələbə qazanıb, üç heç-heçə edib və altı məğlubiyyətlə üzləşib.