Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci final görüşünü keçirib. 37 yaşlı qrossmeyster növbəti dəfə polşalı Yan Kşiştof-Duda ilə üz-üzə gəlib.
Məmmədyarov 2-ci dueldən 2,5:0,5 hesabı ilə qalib ayrılsa da, tay-brekdə rəqibi ilə bacarmayıb - 0:2. Nəticədə Azərbaycan təmsilçisi turniri 2-ci pillədə başa vurub.
Tərəflər arasındakı ilk final görüşü dünən baş tutmuşdu və Şəhriyar Məmmədyarov 1:3 hesabı ilə məğlub olmuşdu.