"Qarabağ"ın rəqibi səfərdə qalib gəldi

00:28 23 Oktyabr 2022

Futbol üzrə Yunanıstan Super Liqasında 9-cu turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos" səfərdə "Panetolikos"un qonağı olub. Qarşılaşma Pirey təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 17-yə yüksəldən "Olimpiakos" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"u Yunanıstanda 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında Bakıda keçirilən ikinci oyun isə qolsuz bərabərliklə yekunlaşıb. 


Digər xəbərlər

Xəbər xətti