İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında dünya çempionatı yekunlaşıb.
Sportarena.az xəbər verir ki, son turda Azərbaycanın iki təmsilçisi - Abdulla Qədimbəyli ilə Məhəmməd Muradlı heç-heçə ediblər.
Qədimbəyli bununla da xalını 8-ə çatdırıb. Bu tura qədər 8 xalla lider olan macarıstanlı Adam Kozak hindistanlı Luk Laon Mendonkaya məğlub olduğu üçün əlavə əmsallara görə Abdulla Qədimbəyli Dünya çempionu olub. Abdulla Şəhriyar Məmmədyarovdan sonra oğlanlar arasında ikinci dünya çempionumuzdur.
Daha əvvəl qadınların yarışında Azərbaycan adına tarix yazan Gövhər Beydullayeva Dünya çempionatının qızıl medalını qazanmışdı. O, 20 yaşlılar arasında azərbaycanlı ilk qadın dünya çempionu olub.