Krivotsyukun komandası səfərdən 1 xalla döndü

12:57 23 Oktyabr 2022

Polşa çempionatında 14-cü turun oyunları keçirilir.

Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" "Stal"ın qonağı olub. Görüş 1:1 hesabı ilə yekunlaşıb.

Meydana start heyətində çıxan Krivotsyuk 73-cü dəqiqədə əvəzlənib.

Plotsk təmsilçisi turnir cədvəlində 25 xalla 3-cü pillədədi. "Rakov" 32 xalla liderdi.  


Digər xəbərlər

Xəbər xətti