“Fənərbaxça”nın sabiq baş məşqçisi xərçəng xəstəliyinə tutulub

15:01 23 Oktyabr 2022

“Beşiktaş” və “Fənərbağça”nın sabiq baş məşqçisi Kristof Daum xərçəng xəstəliyindən əziyyət çəkir. Sportarena.az xəbər verir ki, bu barədə 68 yaşlı mütəxəssis özü sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib. O, bir müddətdir müalicə aldığını qeyd edib.
 
Xatırladaq ki, Daum 1994-96, 2001-2002-ci illərdə "Beşiktaş"ı, 2003-2006, 2009-2010-cu illərdə isə "Fənərbaxça"nı çalışdırıb. O, "Beşiktaş"la 1, "Fənərbaxça" ilə isə 2 dəfə Türkiyə Super Liqasını qazanıb. Kristof Daumun son iş yeri Rumıniya millisi olub. Həmçinin o, "Köln", "Ştutqart", "Bayer", “Avstriya” (Vyana), "Ayntraxt", "Brügge", "Bursaspor" kimi komandalara da baş məşqçilik edib. 


Digər xəbərlər

Xəbər xətti