Bu gün Misli Premyer Liqasında 11-ci tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, son oyun günündə iki matç oynanılıb. Öncə "Səbail" və "Şamaxı" klubları meydana çıxıb.
Turun ən maraqla gözlənilən matçı isə "Bakcell Arena"da keçirilib. Belə ki, "Neftçi" burada "Sabah"ı qəbul edib.
Azərbaycan Premyer Liqası
XI tur
23 oktyabr
16:00. “Səbail” – “Şamaxı” 0:0
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Səbuhi Bayramov
Hakim-inspektor: Ramil Diniyev
“ASCO Arena”
18:30. “Neftçi” – “Sabah” 2:3
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
“Bakcell Arena”