Fransa çempionatı: "Qarabağ"ın rəqibi bərabərə qaldı

23:55 23 Oktyabr 2022

Fransa Liqa 1-də 12-ci turun oyunları keçirilir.

Sportarena.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Nant" da növbəti matçına çıxıb.

Ağdam klubunun rəqibi "Nitsa"nın qonağı olub və matç 1:1 yekunlaşıb. Hesabı 49-cu dəqiqədə “Nant”ın futbolçusu İqnatius Qanaqo vurub. Oyunun əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqədə isə “Nitsa” hesabı bərabərləşdirib. Nikolas Pepe penalti zərbəsindən fərqlənib.

"Nant" - "Qarabağ" görüşü oktyabrın 27-də Fransada keçiriləcək.  


Digər xəbərlər

Xəbər xətti