"Real"ın futbolçusu Kərim Benzema Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Leyptsiq"lə oyununa çıxmayacaq.
Sportarena.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti bu barədə məlumat verib. İtaliyalı fransalı hücumçunun oynamayacağını deyib.
Benzema zədə səbəbindən Primeronun 11-ci turunun "Sevilya" ilə (3:0) görüşündə meydana çıxmayıb.
"Leyptsiq" - "Real" görüşü oktyabrın 25-i keçiriləcək.