"Mançester Yunayted" ciddi itki ilə üz-üzə qalıb.
Sportarena.az "The Times"a istinadən xəbər verir ki, İngiltərə klubunun aparıcı üzvü Rafael Varan zədələnib.
O, Premyer Liqanın 13-cü turunun "Çelsi" ilə görüşündə sıradan çıxıb.
Baldır nahiyəsindən zədələnən Varanın Fransa yığmasının heyətində dünya çempionatına yollanmayacağı ehtimal edilir.