Azərbaycan millisinin "Dinamo"nun (Zaqreb) forvardı Mahir Emreli UEFA Çemionlar Liqasının qrup mərhələsinin 5-ci turunun "Milan"la görüşündə də iştirak etməyəcək.
Sportarena.az xəbər verir ki, bir neçə gün əvvəl virusa yoluxmuş Emrelinin Xorvatiyada "rossonyerlər"ə qarşı keçiriləcək oyunda meydanda olmayacağı gözlənilir.
Emreli Xorvatiya çempionatınının 14-cü turunda “Hayduk”la səfər görüşündə də analoji səbəbə görə oynamamışdı.
"Dinamo” – “Milan” matçı oktyabrın 25-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.