AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva beynəlxalq oyuna təyinat alıb.
Sportarena.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin VI turunda noyabrın 3-də Latviyada keçiriləcək RFS (Latviya) - “Fiorentina” (İtaliya) qarşılaşmasının UEFA nümayəndəsi Könül Mehdiyeva olacaq.