Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək "Araz-Naxçıvan" bu gün Bakı-İstanbul-Sarayevo reysi ilə Bosniya və Herseqovinaya gəlib.
Sportarena.az xəbər verir ki, Sarayevodan təxminən 2 saatlıq avtobusla Mostara səfər edən təmsilçimiz bu gün Bakı vaxtı ilə saat 22:00-da ilk məşqinə çıxıb.
"Araz-Naxçıvan" Çempionlar Liqasında "Orebro" (İsveç), "Loznika Qrad" (Serbiya) və "Mostar" (Bosniya və Herseqovina) ilə qarşılaşacaq.