Azərbaycan cüdoçuları Sloveniyadan 7 medalla qayıdırlar

21:46 24 Oktyabr 2022

Sloveniyanın Slovenc Qradek şəhərində sayca 46-cı Açıq Koroska 2022 turniri keçirilib.

 

Sportarena.az xəbər verir ki, U-15 və U-18 yeniyetmələr arasında keçirilən beynəlxalq yarışda 22 ölkədən 602 idmançı medallar uğrunda mübarizə aparıb. Yarışın ümumi nəticəsinə görə, cüdoçularımız 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq qızlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yerdə qərarlaşıb.

 

Qeyd edək ki, idmançılarımız 24-26 oktyabr tarixlərində Sloveniyada təşkil olunacaq təlim-məşq prosesinə qatılacaqlar.

 

Medalçıların siyahısını təqdim edirik:

 

U-15

-48 kq. 
Nuranə Hacızadə gümüş medal

 

-52 kq. 
Vüsalə Hacıyeva qızıl medal
Aytən Verdiyeva gümüş medal
Aysun Məmmədova bürünc medal

 

U-18

-40 kq.
Məryəm Bayramzadə qızıl medal

 

-52 kq.  
Aytən Verdiyeva qızıl medal
Vüsalə Hacıyeva gümüş medal

 

-57 kq.
Fidan Qasımova qızıl medal 


Digər xəbərlər

Xəbər xətti