Rusiyalı olimpiya çempionunun medalı əlindən alınıb

22:00 24 Oktyabr 2022

Rusiyalı atlet Natalya Antyuxun London-2012 Yay Olimpiya Oyunlarında qazandığı qızıl medal əlindən alınıb.

Buna 41 yaşlı veteran idmançının dopinqdən istifadə etməsi səbəb olub.

Qanında qadağan olunmuş maddə aşkarlanan atletin 2012-ci il iyulun 15-dən 2013-cü il iyunun 29-dək olan müddətdə göstərdiyi bütün nəticələr ləğv edilib.

Qeyd edək ki, Natalya Antyux 400 metr məsafəyə maneələrlə qaçışda olimpiya çempionu olub.


Digər xəbərlər

Xəbər xətti