Çempionlar Liqası: Daha 4 komanda pley-offa vəsiqəni təmin etdi

01:11 26 Oktyabr 2022

UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib. 4 qrup çərçivəsində daha 8 oyun baş tutub.

E qrupunda “Çelsi” Avstriyada “Zalsburq”a qalib gəlməklə 1/8 finala vəsiqəni təmin edib. Qrupun digər matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su “Milan”ı qəbul edib. 25 yaşlı forvard bu görüşün sonunadək ehtiyatda qalıb. Komandası isə doğma meydanda darmadağına üzülüb.

F qrupunda “Leypsiq” doğma meydanda Madrid “Real”ına qalib gəlib. Donetsk “Şaxtyor”u isə Şotlandiyada "Seltik"lə bərabərə qalıb.

G qrupunda "Sevilya" doğma meydanda "Kopenhagen"i 3 cavabsız qolla yenib. Digər oyunda isə Dortmund "Borussiya"sı ilə "Mançester Siti" üz-üzə gəlib. Bu oyunda qapılara qol vurulmayıb. Amma bu heç-heçə Almaniya təmsilçisinin 1/8 finala yüksəlməsi üçün yetərli olub. 

H qrupunda isə PSJ və “Benfika” 1/8 finala vəsiqəni təmin ediblər. Paris klubu evdə Hayfa "Makkabi"sini böyük hesabla məğlub edibsə, Lissabon təmsilçisi də "Yuventus"a qalib gəlib.

Xatırladaq ki, daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bayern", İspaniyanın "Real" və İngiltərənin "Mançester Siti" komandaları pley-off vəsiqəni təmin etmişdilər.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 5-ci tur
25 oktyabr

E qrupu

Zalsburq (Avstriya) - Çelsi (İngiltərə) 1:2
Qol: Adamu, 49 – Kovaçiç, 23. Haverts, 64.

Dinamo (Zaqreb, Xorvatiya) - Milan (İtaliya) 0:4
Qol: Qabbia, 39. Leao, 49. Jiru, 59. Lyubiçiç, 69-öz qapısına.

Xal: Çelsi – 10. Milan – 7. Zalsburq – 6. Dinamo – 4.

F qrupu

Seltik (Şotlandiya) - Şaxtyor (Donetsk, Ukrayna) 1:1
Qol: Yakumakis, 34 – Mudrik, 58.

Leypsiq (Almaniya) - Real (İspaniya) 3:2
Qol: Qvardiol, 13. Nkunku, 18. Verner, 81 – Vinisius, 44. Rodriqo, 90+4-pen.

Xal: Real - 10. Leypsiq - 9. Şaxtyor - 6. Seltik - 2.

G qrupu

Sevilya (İspaniya) - Kopenhagen (Danimarka) 3:0
Qol: En Nesiri, 61. İsko, 88. Montyel, 90+2.

Borussiya (Dortmund, Almaniya) - Mançester Siti (İngiltərə) 0:0

Xal: Mançester Siti - 11. Borussiya - 8. Sevilya - 5. Kopenhagen - 2.

H qrupu

PSJ (Fransa) - Makkabi (Hayfa, İsrail) 7:2
Qol: Messi, 19; 45. Mbappe, 32; 64. Neymar, 35. Qoldberq, 67-öz qapısına. Soler, 84 – Sek, 38; 50.

Benfika (Portuqaliya) - Yuventus (İtaliya) 4:3
Qol: A.Silva, 17. J.Mario, 28-pen. R.Silva, 35; 50 – M.Kin, 21. Milik, 77. Makkenni, 79.

Xal: PSJ - 11. Benfika - 11. Yuventus - 3. Makkabi - 3.


Xəbər xətti