Çempionlar Liqası: "İnter", "Liverpul" və "Portu" 1/8 finala vəsiqə qazandı

10:34 27 Oktyabr 2022

UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura yekun vurulub. A, B, C və D qrupları üzrə bütövlükdə 8 oyun baş tutub.

A qrupunda "Liverpul" "Ayaks"ın qonağı olub. Mersisaydlılar səfərdə darmadağınla qalib gələrək vaxtından əvvəl 1/8 finala adlayıblar. Qrupun digər matçında "Napoli" İtaliyada "Reyncers"i sınağa çəkib və növbəti qələbəsini rəsmiləşdirib.

B qrupunda "Portu" Belçikada "Brügge"yə böyük hesabla qalib gələrək pley-offa vəsiqəni təmin edib. Buna Madrid "Atletiko"sunun "Bayer"lə ev oyununda xal itirməsi də şərait yaradıb.

C qrupunda "İnter" Plzen "Viktoriya"sını 4 cavabsız qolla yenib. Nəticədə İtaliya təmsilçisi vaxtından öncə 1/8 finala yüksəlib. "Barselona" isə "Bayern"ə doğma meydanda uduzub. Kataloniya təmsilçisinin qrupda qalması rəsmiləşib.

D qrupunda isə "Tottenhem" evdə "Sportinq"lə bərabərə qalıb. Qrupun digər oyununda Marsel “Olimpik"i "Ayntraxt"ın (Frankfurt) qonağı olub və məğlubiyyətlə üzləşib.

Xatırladaq ki, daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bayern" və "Borussiya" (Dortmund), İspaniyanın "Real", Fransanın PSJ, Portuqaliyanın "Benfika", İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları pley-off vəsiqəni təmin ediblər.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 5-ci tur
26 oktyabr

A qrupu

Napoli (İtaliya) - Reyncers (Şotlandiya) 3:0
Qol: C.Simeone, 11; 16. Estiqor, 80.

Ayaks (Niderland) - Liverpul (İngiltərə) 0:3
Qol: Salah, 42. Nunes, 49. Elliott, 52.

Xal: Napoli - 15 . Liverpul - 12. Ayaks - 3. Reyncers - 0.

B qrupu

Brügge (Belçika) - Portu (Portuqaliya) 0:4
Qol: Taremi, 33; 70. Evanilson, 57. Eustakio, 60.

Atletiko (Madrid, İspaniya) - Bayer (Almaniya) 2:2
Qol: Karrasko, 22. De Paul, 50 – Diabi, 9. Hadson-Odoi, 29.

Xal: Brügge - 10. Portu - 9. Atletiko - 5. Bayer - 4.

C qrupu

İnter (İtaliya) - Viktoriya (Plzen, Çexiya) 4:0
Qol: Mxitaryan, 35. Dzeko, 42; 66. Lukaku, 87.

Barselona (İspaniya) - Bayern (Almaniya) 0:3
Qol: Mane, 10. Şupo-Motinq, 31. Pavar, 90+5.

Xal: Bayern - 15. İnter - 10. Barselona - 4. Viktoriya - 0

D qrupu

Tottenhem (İngiltərə) - Sportinq (Portuqaliya) 1:1
Qol: Bentankur, 80 - Eduards, 22.

Ayntraxt (Almaniya) – Olimpik (Marsel, Fransa) 2:1
Qol: Kamada, 3. Muani, 27 – Genduzi, 22.

Xal: Tottenhem - 8. Sportinq - 7. Ayntraxt – 7. Olimpik - 4.


Digər xəbərlər

Xəbər xətti