UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda sabah keçiriləcək “Nant” - “Qarabağ” oyununa təhlükəsizlik üzrə xüsusi nümayəndə təyin edib.
Buna səbəb “Qarabağ” klubunun oyunda baş verə biləcək mümkün erməni təxribatı ilə bağlı quruma müraciətidir. Məsələ ilə əlaqədar iclas keçirilib. “Nant” tərəfi bu gün keçiriləcək oyunda heç bir təxribatın törədilməyəcəyi ilə bağlı zəmanət verib.
Qeyd edək ki, "Stade de Bojuar" arenasında keçiriləcək "Nant" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. (qol.az)