UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Sportarena.az xəbər verir ki, ənənəvi olaraq yenə bu ada 4 namizəd var. Bunlar Rafa Silva (“Benfika”), Lionel Messi (PSJ), Covanni Simeone (“Napoli”) və Mehdi Taremidir (“Portu”).
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsverməyə əsasən müəyyənləşəcək.