Yurgen Klopp Çempionlar Liqasında yeni rekorda imza atdı

13:37 27 Oktyabr 2022

İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

55 yaşlı mütəxəssis buna Mersisayd təmsilçisi ilə qitənin bir nömrəli klub turnirində ardıcıl 6-cı dəfə pley-offa yüksəlməklə nail olub.

"Liverpul" qrup mərhələsinin V turunda Niderlandda "Ayaks"a 3:0 hesabı ilə qalib gələrək adını 1/8 finala yazdırıb.

Qeyd edək ki, Yurgen Klopp 2015-ci ildən İngiltərə klubunda işləyir. Onun müqaviləsi 2026-cı ildə başa çatmalıdır. 


Digər xəbərlər

Xəbər xətti