Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, G qrupunda Azərbaycan təmsilçisi "Qarabağ" da növbəti matçına çıxıb. Ağdam klubu Fransada "Nant"ın qonağı olub.
"Qarabağ" səfərdə 1 xal qazanacağı təqdirdə növbəti mərhələyə yüksələcək.
G qrupunun digər görüşündə "Frayburq" doğma meydanda "Olimpiakos"u qəbul edib.
UEFA Avropa Liqası
Qrup mərhələsi, V tur
27 oktyabr
23:00. "Nant" (Fransa) - "Qarabağ" (Azərbaycan) 2:1
Hakim: Yakob Kehlet (Danimarka)
Xal durumu: "Frayburq" - 12, "Qarabağ" - 7, "Nant" - 3, "Olimpiakos" - 1