Çempionlar Liqasında qrup mərhələsinin beşinci turunun ən yaxşı qolu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, PSJ-nin hücumçusu Lionel Messinin Hayfa "Makkabi"sinin qapısından keçirdiyi top həftənin ən yaxşı qolu seçilib.
Qeyd edək ki, argentinalı futbolçu PSJ-nin "Makkabi"ni 7:2 hesabı ilə məğlub etdiyi qarşılaşmada 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.