Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində “Araz-Naxçıvan” bu gün ikinci oyununu keçirib.
Sportarena.az xəbər verir ki, təmsilçimiz bu dəfə Serbiya çempionu “Lozniça Qrad”la qarşılaşıb. Oyun rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra komandamız növbəti mərhələyə yüksəlmək şansını itirib.
“Araz-Naxçıvan” turnirdə son görüşünü oktyabrın 29-da Bosniya və Herseqovinanın “Mostar” komandasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Lozniça Qrad (Serbiya) - Araz-Naxçıvan (2:1) 4:1
27 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena.
Hakimlər: Jan Kresta (Çexiya), Josip Dujmiç (Xorvatiya), Viktor Chaix (Fransa)
Timekeeper: Farik Keco (Bosniya və Herseqovina)
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)
UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)
Qollar: Mladen Kociç, 12:02, 36:59, Nemanja Milosavljeviç, 15:55, Dorde Rosiç, 23:02 // Vitao, 18:27
Sarı vərəqələr: Sinesio, 13:24, Alesio, 15:40, Ponçe, 27:54, Pedro Torres, 34:18 // Dandan, 25:26, Dorde Rosiç, 27:30