Çempionlar Liqası: "Araz - Naxçıvan" son oyunda da məyus oldu

01:22 30 Oktyabr 2022

Futzal üzrə Azərbaycan çempionu “Araz Naxçıvan" UEFA Çempionlar Liqasının əsas mərhələsində son oyununu keçirib.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 5-ci qrupdakı sonuncu görüşündə Bosniya və Herseqovina təmsilçisi “Mostar”la üz-üzə gəlib.

Xatırladaq ki, qrupda keçirdiyi ilk iki oyunda da uduzan "Araz Naxçıvan" növbəti mərhələyə çıxmaq şanslarını itirib.

UEFA Çempionlar Liqası
5-ci qrup
29 oktyabr

Mostar – Araz Naxçıvan 3:2
Hakimlər: Jan Kresta (Çexiya), Lukaş Peşko (Slovakiya), Josip Dujmiç (Xorvatiya).
Timekeeper: Farik Keco (Bosniya və Herseqovina).
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya).
UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya).
Mostar. Mithad Hujdur Hujka Arena.


Digər xəbərlər

Xəbər xətti