"Bavariya"nın futbolçuları Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Barselona" üzərində qələbədən (3:0) sonra şənlik ediblər.
Bu barədə "Diario Sport" məlumat yayıb. "Bavariya"nın bir neçə oyunçusu və matçı şərh edən Münhen təmsilçisinin keçmiş oyunçusu Xavi Martinez "Şoko" gecə klubuna gediblər. Onlar birlikdə rəqs ediblər və əyləniblər.
Futbolçular "Barselona" üzərində qələbədən sonra diskotekaya baş çəkiblər. Diskoteka təşkilatçıları onları təbrik etmək üçün ekranlarda "Bavariya"nın emblemini nümayiş etdiriblər.
Qeyd edək ki, "Bavariya" ÇL-də C qrupunda 5 turdan sonra maksimal nəticə göstərib- 15 xal toplayıb və liderdir. Münhen təmsilçisi artıq adını 1/8 finala yazdırıb. Komanda son turda 2-ci pillədəki "İnter"lə (10 xal) qarşılaşacaq.