“Neftçi”nin futbolçusu “Zirə” ilə matçda iştirak etməyəcək

14:41 29 Oktyabr 2022

"Neftçi"nin futbolçusu Voyislav Stankoviç Misli Premyer Liqasının 12-ci turunda "Zirə" ilə oyunu buraxacaq.

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi qripə yoluxub. Bildirilir ki, Stankoviç 1-ci gün komanda ilə məşqlərə qoşula bilər.

Qeyd edək ki, bu gün keçiriləcək "Zirə" - "Neftçi" oyunu saat 17:30-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti