Futbol üzrə İsveçrə çempionatında 14-cü turun oyunları keçirilib. Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Lutsern”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
Renat da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb, 90-cı dəqiqədə isə sarı vərəqə alıb.
“Qrasshopper” 14 turdan sonra 17 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.