İngiltərə çempionatı: "Mançester Siti" qalib gəldi, "Çelsi" uduzdu

11:37 30 Oktyabr 2022

İngiltərə Premyer Liqasında 14-cü tura start verilib. Sportarena.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

“Brentford” - “Vulverhempton” matçında qalib müəyyənləşməyib. “Fulhem” - “Everton” oyununda isə ümumiyyətlə qapılara qol vurulmayıb. “Kristal Pelas” “Sauthempton”u, “Nyukasl” isə “Aston Villa”nı məğlub yola salıb.

“Tottenhem” səfərdə “Bornmut”a qalib gəlibsə, Londonun digər təmsilçisi “Çelsi” “Brayton”la matçda darmadağına üzülüb. Uğursuz mövsüm keçirən “Liverpul” da “Lids”lə ev oyununda xalsız qalıb. Son çempion “Mançester Siti” isə “Lester Siti” ilə səfər oyunundan qalib ayrılıb.

İngiltərə Premyer Liqası
14-cü tur
29 oktyabr

Lester Siti – Mançester Siti 0:1
Qol: De Bruyne, 49.

Bornmut – Tottenhem 2:3
Qol: Mur, 22; 49 – Sessenyon, 57. Deyvis, 73. Bentankur, 90+2.

Brentford – Vulverhempton 1:1
Qol: Mi, 50 – Neves, 52.

Brayton – Çelsi 4:1
Qol: Trossar, 5. Loftus-Çik, 14-öz qapısına. Çaloba, 42-öz qapısına. Qross, 90+2 – Haverts, 48.

Kristal Pelas – Sauthempton 1:0
Qol: Eduard, 38.

Nyukasl – Aston Villa 4:0
Qol: K.Uilson, 45+6-pen; 56. Joelinton, 59. Almiron, 67.

Fulhem – Everton 0:0

Liverpul – Lids 1:2
Qol: Salah, 14 – Rodriqo, 4. Sammervill, 89.


Digər xəbərlər

Xəbər xətti