“Qarabağ”dan 4 cavabsız qol, “Sabah” “Qəbələ”ni məğlub etdi - YENİLƏNİB

20:36 30 Oktyabr 2022

Bu gün Misli Premyer Liqasında XII tura yekun vurulub. Sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə lider “Qarabağ” səfərdə “Şamaxı” ilə üz-üzə gəlib. Turun qapanış matçında isə “Sabah” “Qəbələ”ni qəbul edib.

Xatırladaq ki, daha öncə “Turan Tovuz” evdə “Sumqayıt”a (1:0), “Kəpəz” isə “Səbail”ə (3:0) qalib gəlib. “Neftçi” də “Zirə” ilə səfər matçında qələbə qazanan (3:0) tərəf olub.

Misli Premyer Liqası
XII tur
30 oktyabr

“Şamaxı” – “Qarabağ” 0:4
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov.
Şamaxı şəhər stadionu, 15:00.

“Sabah” – “Qəbələ” 2:1
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Fərid Hacıyev.
Masazır. “Bank Respublika Arena”, 18:30.


Digər xəbərlər

Xəbər xətti