Qurban Qurbanov: "Süni örtükdə topu idarə etmək olmurdu"

18:33 30 Oktyabr 2022

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 12-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri səfər oyununu şərh edib. Ağdam təmsilçisinin çalışdırıcısı 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Vacib qələbə qazandıq. Hesab böyük görünə bilər, amma futbolçular çox əziyyət çəkdilər. Xüsusən meydança ilə bağlı. Süni örtükdə topu idarə etmək olmurdu. İlk hissədə çətinliklər var idi. Bu, futbolçuları əsəbiləşirdirirdi. İki oyunçumuz heç nədən sarı vərəqə aldı. İlk dəfə burda oynadıq. Ümumiyyətlə, çox xoş oldu. Futbolçularımı təbrik edirəm. Qələbəyə layiq idilər.
 
Ozobiçin durumu ilə bağlı dəqiq məlumat sabah bilinəcək. Dizində ağrılar oldu. Bu da daha çox meydanla bağlı idi.
 
Debüt edən Nəriman Axundzadə normal oynadı. İlk oyunu idi. Əvvəldə həyəcan göründü, amma ikinci hissədə daha rahat oldu. Oyunundan razı qaldım”.


Digər xəbərlər

Xəbər xətti