“Bakı” EHF kubokunda mübarizəni dayandırdı

09:20 31 Oktyabr 2022

Kişi həndbolçulardan ibarət “Bakı” komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışın ikinci təsnifat mərhələsi çərçivəsində Bosniya və Herseqovinanın “Qraçanisa” klubu ilə cavab görüşünü keçirib.
 
Sportarena.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunda həndbolçularımız yerli komandaya 28:37 hesabı ilə məğlub olublar.
 
Bosniya və Herseqovinada keçirilən iki oyunun nəticəsinə əsasən, “Bakı” EHF kubokunda mübarizəni dayandırıb.
 
Xatırladaq ki, bu komandalar arasında ötən gün baş tutan ilk oyunda “Qraçanisa” 33:17 hesabı ilə qalib gəlmişdi. 


Digər xəbərlər

Xəbər xətti