Almaniya Bundesliqasında 12-ci turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Frayburq" səfərdə "Şalke"nin qonağı olub. Matç Kristian Ştrayxın yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 24-ə yüksəldən "Frayburq" turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" ilk oyunda səfərdə "Frayburq"a 1:2 hesabı ilə məğlub olub. Komandalar arasında ikinci görüş noyabrın 3-də Bakıda keçiriləcək.