"Kəpəz" tarixinin 70-ci böyükhesablı qələbəsi

12:38 31 Oktyabr 2022

“Kəpəz” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.

Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi Misli Premyer Liqasının XII turunda “Səbail”i 3:0 hesabı ilə məğlub edib.

Bu, klub tarixinə ölkə çempionatının yüksək dəstəsində əldə olunan 70-ci böyükhesablı ev qələbəsi kimi düşüb. Öz meydanında üç və ya daha çox top fərqi ilə qazanılan qələbə sayında “Kəpəz” yalnız “Neftçi” ilə “Qarabağ”dan geri qalır.

Gəncəlilər bunadək evdəki sonuncu belə qələbəsini 2016-cı il yanvarın 30-da “Qəbələ” ilə görüşdə bayram edib – 3:0.

​Qeyd edək ki, “Kəpəz”in Gəncədəki ilk böyükhesablı qələbəsi 1992-ci il mayın 11-də “Avey”lə görüşdə qeydə alınıb – 4:0. 


Digər xəbərlər

Xəbər xətti