FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, azərbaycanlı hakim ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə edəcək. O, ÇL-in qrup mərhələsinin 6-cı turunun “Kopenhagen” – “Borussiya” (Dortmund) matçında ədalətli təmsilçisi olacaq.
Ona yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Bu görüş noyabrın 3-də Danimarkada baş tutacaq.