Rusiya milli komandasının Bosniya və Herseqovina ilə keçirməli olduğu yoldaşlıq oyunu ləğv edilib.
Sportarena.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Futbol Assosiasiyası məlumat yayıb. Qarşılaşmanın başqa vaxta təxirə salındığı açıqlanıb.
Görüş noyabrın 19-da Sankt-Peterburqda keçirilməli idi. Bir sıra bosniyalı oyunçular bu matçın təşkilinə qarşı çıxıb.