Azərbaycan millisinin hücumçusu Mahir Emreli komandası “Dinamo” ilə Londona yola düşüb.
Zaqreb təmsilçisi bu gün Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Çelsi” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə gecə 00:00-da başlanacaq.
Qeyd edək ki, “Dinamo” dünən axşam matçın keçiriləcəyi “Stemford Bridj” stadionunda məşqə çıxıb. Hazırlıqda M.Emreli də iştirak edib.
Əlavə edək ki, “Dinamo” ÇL-də 1/8 finala çıxmaq şansını tamamilə itirib və sonuncu yeri tutur. Komanda yalnız qalib gələcəyi, qrupun digər iştirakçısı “Zalsburq” isə səfərdə “Milan”a uduzacağı halda Avropa Liqasının pley-off mərhələsində oynamaq hüququ əldə edəcək.
Hazırda “Çelsi” 10 xalla 1-ci, “Milan” 7 xalla 2-ci, “Zalsburq” 6 xalla 4-cü, “Dinamo” 4 xalla 4-cü yeri tutur.