Klopp “Liverpul”la 400-ə çatdı

13:48 2 Noyabr 2022

"Liverpul"un baş məşqçisi Yurgen Klopp bu komandanın sükanı arxasında 400-cü oyununa çıxıb. Almaniyalı mütəxəssisin yubiley matçı UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində baş tutan İtaliyanın "Napoli” komandası ilə ev oyununa təsadüf edib.
 
Klopp mersisaydlıların tarixində bu göstəriciyə çatan dördüncü mütəxəssisdir. Daha əvvəl Tom Uotson, Bill Şenkli və Bob Peysli "qırmızılar"ın baş məşqçisi kimi ən azı 400 oyun keçirib.
 
“Liverpul” “Napoli” ilə oyunda 2:0 hesablı qələbəyə sevinib.
 
Xatırladaq ki, Yurgen Klopp 2015-ci ilin oktyabrından "Liverpula"a başçılıq edir. 


Digər xəbərlər

Xəbər xətti