Çempionlar Liqasında antirekord yeniləndi

14:56 2 Noyabr 2022

Şotlandiyanın "Reyncers" klubu UEFA Çempionlar Liqasında antirekordu yeniləyib. Ölkə çempionu qrup mərhələsində top fərqinə görə uğusuzluqla üzləşib.
 
Son olaraq Niderland "Ayaks"ına 1:3 hesabı ilə uduzan komanda 6 matçda qapısında 22-ci topu görüb. Cəmi iki qolla yadda qalan "Reyncers" yarışı - 20 top fərqi ilə başa vurub.
 
Əvvəlki antirekord Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsus olub. Paytaxt təmsilçisi 2011/12 mövsümündə 22 top buraxsa da, üç qol vura bilmişdi. 


Digər xəbərlər

Xəbər xətti