"Frayburq" Bakıya 3 itki ilə gəlir

16:38 2 Noyabr 2022

Avropa Liqasının qrup mərhələsində sabah "Qarabağ"la qarşılaşacaq "Frayburq"un heyətində itkilər var.

Qol.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Kristian Ştrayx oyun öncəsi keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, müdafiəçi Manuel Qulde və yarımmüdafiəçilər Merlin Röllə Jonatan Şmid zədə səbəbindən Bakıya gəlməyəcək.

Qeyd edək ki, noyabrın 3-də  Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Frayburq” matç saat 21:45-də başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti