“Şahruddindən çox danışılması məni narahat edir” - Qurban Qurbanov

18:57 2 Noyabr 2022

“Son Avropa Liqası oyunumuzdan 6 gün keçib. Bu günlərdə Şahruddin Məhəmmədəliyevin adı çox hallanıb, onun psixoloji durumundan danışılıb. Bu məni narahat edir”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda “Frayburq”a qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında iştirak edib. Təcrübəli mütəxəssis AL-in 5-ci turunda “Nant”la qarşılaşmada etdiyi səhvlə gündəmə gələn qapıçı Şahruddin Məhəmmədəliyevin durumundan danışıb:

“Olunan söz-söhbətlər həm komandada, həm Şahruddində gərginlik yaradır. Hər şeyi çox gözəl başa düşürük. Azarkeşlərə həmişə güvənmişəm və hər şeyə də real baxmaq lazımdır. Komandada da, Şahruddində də psixoloji durum yerindədir. Futbolçular bu cür oyunlarda özlərini necə idarə etməyi bilir. Qrupdakı matçlara baxsaq, elə oyun yoxdur ki, səhvsiz ötüşsün”. 


Digər xəbərlər

Xəbər xətti