Mahir Emreli "Çelsi"yə qarşı oynadı

09:18 3 Noyabr 2022

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb, Xorvatiya) Çempionlar Liqasının qrup mərhələsində son - 6-cı tur oyununa çıxıb.

Zaqreb təmsilçisi səfərdə "Çelsi" ilə qarşılaşıb. Oyun London klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Mahir matçın 70-ci dəqiqəsində meydana çıxıb.

 "Dinamo" 4 xalla qrup sonuncusu olub. "Çelsi" ilə "Milan" 1/8 finala yüksəlib. "Zalsburq" isə Avropa Liqasının pley-offunda mübarizə aparacaq.

2 noyabr

Çempionlar Liqası

Qrup mərhələsi, 6-cı tur

E qrupu

"Çelsi" (İngiltərə) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:1

Qollar: Rahim Sterlinq, 18. Denis Zakariya, 30 - Bruno Petkoviç, 7

"Milan" (İtaliya) - "Zalsburq" (Avstriya) - 4:0

Qollar: Olivye Jiru, 14; 57. Rade Kruniç, 46. Junior Messias, 90+1

Xallar: "Çelsi" - 13, "Milan" -107, "Zaltsburq" - 6, "Dinamo" - 4


Xəbər xətti