Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.
Təmsilçimiz “Qarabağ” da qrupda son matçına çıxıb.
Qurban Qurbanovun komandası Bakıda “Frayburq”u qəbul edib. Qrupda 1-ci yeri təmin edən Almaniya təmsilçisi üçün görüş formal xarakter daşısa da, “Qarabağ” üçün vacib matçdır. Almaniyadakı görüşdə bu rəqibinə uduzan (1:2) "Qarabağ" pley-offa yüksəlmək üçün bu dəfə qalib gəlməlidir. Təmsilçimiz bugünkü görüşdə qələbə qazanmadan da mərhələni adlaya bilər. Bunun üçün "Nant" "Olimpiakos"la Yunanıstanda keçiriləcək görüşdə xal itirməlidir.
Qeyd edək ki, Çempionlar Liqasında 1/8 finalın, Avropa Liqası və Konfrans Liqasında pley-offun püşkü noyabrın 7-də atılacaq.
3 noyabr
Avropa Liqası, qrup mərhələsi, 6-cı tur
G qrupu
21:45. “Qarabağ” (Azərbaycan) – “Frayburq” (Almaniya) 1:1
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
21:45. "Olimpiakos" (Yunanıstan) - "Nant" (Fransa) 0:2