"Mançester Siti"nin futbolçusu Benzemanın rekordunu qırdı

13:43 3 Noyabr 2022

"Mançester Siti"nin futbolçusu Riko Lyuis Çempionlar Liqasının tarixinə düşüb.

Sportarena.az xəbər verir ki, ingiltərəli sağ cinah müdafiəçisi buna qrup mərhələsinin son turunda "Sevilya"ya qol vurmaqla nail olub.

Lyuis Çempionlar Liqası matçında start heyətdə meydana daxil olaraq qol sevinci yaşayan ən gənc oyunçu olub. O, 17 yaş 346 günündə qitənin ən nüfuzlu klub turnirində fərqlənməyi bacarıb.

Əvvəlki rekord "Real"ın hücumçusu Kərim Benzemaya məxsus idi. Fransalı forvard "Lion"da çıxış edərkən 17 yaş 352 günündə bu göstəriciyə imza atmışdı.

Qeyd edək ki, "Mançester Siti" - "Sevilya" qarşılaşması ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 


Digər xəbərlər

Xəbər xətti