Cüdoçularımız Böyük Dəbilqə turnirində mübarizəyə başlayır

12:30 4 Noyabr 2022

Bu gün paytaxt Bakıda Heydər Əliyev adına idman arenasında Böyük Dəbilqə turnirinin ilk gününə start verilir. 

 

Sportarena.az xəbər verir ki, turnirin ilk günü qadınların yarışında -48 və 52 kq. çəki dərəcələrində 5 cüdoçumuz, kişilərin mübarizəsində isə -60 və -66 kq. çəki dərəcələrində 8 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq. İlkin görüşlər saat 11:00-da başlayacaq.

 

Kişilər
-60 kq.
Rövşən Əliyev - Rodriqo Kosta Lopes (Portuqaliya)
Turan Bayramov - İvan Salas (Venesuela) / Muslimbek Karimov (Tacikistan) cütünün qalibi
Kəramət Hüseynov - Kumar Yadav (Hindistan)
Balabəy Ağayev - Şerzod Davlatov (Qazaxıstan) / Maksimilian Heyder (Almaniya) cütünün qalibi

 

-66 kq.
Orxan Səfərov - Munis Havsavi (Səudiyyə Ərəbistanı)
Yaşar Nəcəfov - Juan Hernandez (Kolumbiya)
Kamran Süleymanov - Ayub Elidrissi (Qətər)
İsmayıl İbrahimov - Strahinja Bunçiç (Serbiya)

 

Qadınlar
-48 kq.
Aişə Qurbanlı - Qaliya Tinbayeva (Qazaxıstan)
Ramilə Əliyeva - Marusa Stanqar (Sloveniya)
Leyla Əliyeva - Edna Karrilo (Meksika)

 

-52 kq.
Aydan Vəliyeva - Fabiola Diaz (Venesuela)
Gültac Məmmədəliyeva - Binta Ndiaye (İsveçrə)


Digər xəbərlər

Xəbər xətti