Azərbaycanın UEFA reytinqində 2022/23 mövsümü üçün xal ehtiyatı artıb. Sportarena.az xəbər verir ki, buna "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda Almaniyanın “Frayburq” komandası ilə oyundakı 1:1 hesablı heç-heçəsi səbəb olub.
Bu heç-heçə sayəsində Ağdam klubu Azərbaycanın UEFA reytinqindəki qazancına 0,250 xal əlavə edib. Cari mövsümdəki qazancımız 3.500 xala çatıb. Hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan Azərbaycan son beş mövsümün yekunlarına əsasən hesablanan reytinq siyahısında 16.125 xalla 29-cu pillədə qərarlaşıb. 28-ci yerdəki Polşanın 18.500, 30-cu olan Qazaxıstanın 12.625 xalı var.
Siyahıya 103.141 xala malik İngiltərə başçılıq edir. İspaniya (88.855) ikinci, Almaniya (79.106) üçüncüdür.