“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu, komandanın futbolçusu Musa Qurbanlı “Frayburq”la oyundakı hakim qərarlarına etirazını bildirib.
Sportarena.az xəbər verir ki, o bu barədə öz instaqram hesabında paylaşım edib.
M.Qurbanlı 2014-cü ildə “İnter”lə matçdan, 2021-ci ildə “Bazel”lə qarşılaşmadan və ötən gecə “Frayburq”la oyundan foto paylaşaraq “müxtəlif illər, eyni ssenari” şərhini yazıb.