Azərbaycan Premyer Liqası: "Şamaxı" mövsümdə ilk qələbəsini qazandı

17:20 4 Noyabr 2022

Bu gün Misli Premyer Liqasında 13-cü tura start verilib. Sportarena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Çempionatın mübariz kollektivlərindən olan “Turan Tovuz” mövsümün ən uğursuz komandalarından sayılan “Şamaxı”nı qəbul edib. Dörd qolun qeydə alındığı bu matç qonaq komandanın qələbəsiylə yekunlaşıb. Beləcə, "Şamaxı" ilk qələbəsini rəsmiləşdirib.

Sabah “Qəbələ” doğma meydanda “Zirə”ni, “Sumqayıt” isə “Neftçi”ni sınağa çəkəcək. Son oyun günündə əvvəlcə “Səbail”lə “Sabah”, daha sonra isə isə “Qarabağ”la “Kəpəz” üz-üzə gələcək.

Misli Premyer Liqası
13-cü tur
4 noyabr

Turan Tovuz – Şamaxı 1:3
Qol: R.Eva, 33-pen - K.Quliyev, 17. R.Hüseynli, 42. F.Bayramov, 51.
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
Tovuz şəhər stadionu. 


Digər xəbərlər

Xəbər xətti