Bakıda Dünya Kuboku start götürür

10:45 5 Noyabr 2022

Bu gün Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokuna start veriləcək.

Bakı İdman Sarayında təşkil ediləcək yarışın ilk günündə A və B qrupunda qarşılaşmalar keçiriləcək. A qrupunda əvvəlcə Türkiyə və İran yığmaları üz-üzə gələcəklər. Daha sonra saat 16:00-da turnirin açılış mərasimi olacaq.

Saat 17:00-dan A qrupunun İran Qırğızıstan, Qırğızıstan - Türkiyə və B qrupunun Azərbaycan - Dünya yığması görüşləri keçiriləcək.

Qeyd edək ki, yarışa noyabrın 6-da yekun vurulacaq. 


Digər xəbərlər

Xəbər xətti