“Qəbələ” “Zirə”yə qalib gəldi, “Neftçi” xal itirdi - YENİLƏNİB

21:58 5 Noyabr 2022

Azərbaycan Premyer Liqasında 13-cü turun oyunları davam edir.

 

Sportarena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub. Günün ilk matçı Qəbələ Şəhər Stadionunda keçirilib. Burada yerli "Qəbələ" "Zirə"ni qəbul edib. Görüş saat 15:00-da start götürüb.

 

İkinci oyunda isə "Sumqayıt" "Kapital Bank Arena"da "Neftçi"ni qəbul edib. Qarşılaşma saat 19:00-da başlayıb.

 

5 noyabr (şənbə)
"Qəbələ" – "Zirə" 1:0
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
Qəbələ şəhər stadionu, 15:00

 

“Sumqayıt” – "Neftçi" 2:2
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Vüsal Məmmədov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
“Kapital Bank Arena”, 19:00 


Digər xəbərlər

Xəbər xətti